Martın 26-da Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması baş tutub.
“Gəncə” və “NTD” komandalarının üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başlayıblar. Lakin oyunun ikinci hissəsində 20 xal fərqindən geri dönüş edən “NTD” komandası oyunu əlavə vaxta aparsa da, əlavə vaxtda “Gəncə” 100-89 hesablı qələbə qazanaraq kubokun qalibi olub. Finalın ən dəyərli basketbolçusu “Gəncə” komandasının oyun qurucusu Kollin Törner seçilib.
Ən məhsuldar basketbolçular: “Gəncə BK” (Kollin Törner – 38 xal, 13 ribaund ), “NTD BK” (Zak Hadson – 20 xal, 8 ribaund).
Mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini xanım Mariana Vasileva və basketbol federasiyasının rəyasət heyətinin üzvləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev və Vilayət Vəliyevdə iştirak ediblər. Kuboku “Gəncə” komandasının kapitanı Amil Həmzəyevə xanım Mariana Vasileva təqdim edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…