Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində

24 Mart 2023 13:47

Xəbər 256 dəfə oxunub

Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk oyununa çıxıb. Millimiz səfərdə Avstriya yığmasının qonağıdır.

Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan matçda Avstriya millisinin start heyətində Haynts Lindner, Maksimilian Vöber, Kevin Danso, Nikolas Seyvald, Marsel Sabitzer, Mixael Qreqoritş, Filipp Muene, Kristof Baumqartner, Konrad Laymer, Patrik Vimmer və Qernot Trauner yer alıblar.

Azərbaycan seçməsinin heyətində meydana Yusif İmanov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bəxtiyar Həsənalızadə, Riçard Almeyda və Ozan Can Kökçü çıxıblar.

Qarşılaşmanı polşalı baş hakim Bartoş Frankovski idarə edir. Ona həmyerliləri Marcin Boniek və Yakub Vinkler kömək göstərirlər. Dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirir.xeber100.com