“Bolonya” futbol klubunun müdafiəçisi yenidən MLS-ə qayıdıb

23 Mart 2023 14:01

Xəbər 212 dəfə oxunub

İtaliyanın “Bolonya” futbol klubunun müdafiəçisi Qabriele Korbo yenidən MLS-ə qayıdıb. 23 yaşlı italiyalı futbolçu Kanadanın “Monreal” klubuna transfer olunub.

Tərəflər 2023-cü il dekabrın 31-dək müqavilə imzalayıblar. Mərkəz müdafiəçisi daha əvvəl də icarə əsasında “Monreal”da forma geyinib. O, 2022-ci ilin yanvarından dekabrınadək bu komandada 17 rəsmi oyuna çıxıb.

“Spetsiya”nın yetirməsi olan Korbo 2018-ci ilin yayından “Bolonya”da çıxış edirdi. Müdafiəçi “Askoli”də də icarədə oynayıb.xeber100.com