Türkiyə Super Liqasında mövsümün başlayacağı tarix müəyyənləşib

12 Aprel 2023 14:27

Xəbər 375 dəfə oxunub

Futbol üzrə Türkiyə Super Liqasında 2023-2024-cü il mövsümünün başlayacağı tarix müəyyənləşib. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

Türkiyə Futbol Federasiyası İdarə Heyətinin qərarına görə, yeni mövsüm avqustun 11-də start götürəcək.

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına görə Super Liqanın son turu mayın 19-da olacaq.xeber100.com