On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Şimali Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
AFFA-nın saytına istinadla xəbər verir ki, məşqçilər korpusu 24 futbolçuya dəvət göndərib.
Yığmamız aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışı keçəcək. U-17 hazırlıq çərçivəsində ayın 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyununda gücünü sınayacaq.
Bakı toplanışı başa çatdıqdan sonra yekun heyət müəyyənləşəcək.
Heyətə Tuncay Əhmədov, Əhməd Tarverdiyev, Rəşad Alışov, Ramin Əvəzov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Sadiq Məmmədli, Ömər Nəsibov, Amin Muradov, Röyal Fərullazadə (hamısı “Neftçi”), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hamısı “Sumqayıt”), Hikmət Cəbrayılov, Amid Qasımov (hər ikisi “Qarabağ”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Firudin Kişiyev (EFA), İslam İsmayılzadə (“Səbail”), Ümid Səlimov (“Şamaxı”) və Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə) dəvət olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…