Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinin ilk qalibləri müəyyənləşib.
Azərbaycan idmançıları da mükafatçılar sırasında yer alıblar. Gənclərdən ibarət millimizin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə komanda hesabında gümüş medala layiq görülüblər.
Özbəkistan idmançıları Mişel Nesterova, Natalya Usova qızıl, Macarıstan təmsilçiləri Boqlarka Barkoczi və Yelena Vukmir isə bürünc medala sahib olublar.
Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.
Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.
Aprelin 16-dək davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.xegber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…