Dünya çempionatına son hazırlıqlarla bağlı mətbuat konfransı keçirilib

15 Aprel 2023 18:21

Xəbər 388 dəfə oxunub

Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək Taekvondo üzrə dünya çempionatına son hazırlıqlarla bağlı mətbuat konfransı keçirilib.

Konfransda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov çıxış edərək beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olan paytaxtımızın bu ilin mayında taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcəyini söyləyib. “Ölkəmizdə keçirilən bu çempionat Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Dünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf etdiyindən bizim üçün xüsusi əhəmiyyət daşıyır. Yarışların təşkilində bütün texniki məsələlər nəzərdən keçirilib və hazırlıq işləri yüksək səviyyədə davam edir”, – deyə vitse-prezident vurğulayıb.

Konfransda taekvondo üzrə dünya çempionatının promo videoçarxı, eləcə də rəsmi saytı təqdim olunub. Yenilənmiş sayt həm dizayn, həm də məzmun baxımından təkmilləşdirilib, ölkə taekvondosunun tarixi ilə bağlı məlumatlar zənginləşdirilib. İdmansevərlərin rahatlığını təmin etmək üçün müasir proqram təminatından istifadə olunub.xeber100.com