İngiltərə klubu UEFA Avropa Liqasının dörddəbir final mərhələsində

14 Aprel 2023 18:29

Xəbər 378 dəfə oxunub

“Mançester Yunayted” klubu antirekorda imza atıb.

İngiltərə klubu UEFA Avropa Liqasının dörddəbir final mərhələsində “Sevilya” ilə keçirilən ilk oyunda iki avtoqolla bunu reallaşdırıb.

Mançester təmsilçisi cəmi 8 dəqiqə 4 saniyə ərzində iki avtoqola üzülüb ki, bu da Avropa Liqası tarixində görünməmiş hadisədir.

Avrokuboklarda isə belə hal bunadək sonuncu dəfə 2010-cu ildə yaşanıb. ÇFR-in futbolçuları Çempionlar Liqasında “Bavariya” ilə görüşdə 5 dəqiqə 36 saniyə ərzində iki dəfə topu öz qapılarından keçiriblər.xeber100.com