“Real Madrid” futbol klubu Çempionlar Liqasının yarımfinalına yüksəlib

19 Aprel 2023 13:57

Xəbər 553 dəfə oxunub

“Real Madrid” klubu son 13 mövsümdə 11 dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib. İspaniya klubu ötən gün “Çelsi”ni dörddəbir final mərhələsinin cavab görüşündə məğlub edərək, yoluna davam edib. Bu, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti üçün Çempionlar Liqasında doqquzuncu yarımfinal olacaq. İtalyan mütəxəssis “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya məxsus rekordu təkrarlayıb. Ancaq Qvardiola bu gün “Bavariya”nı keçsələr, yenidən mütləq rekordçu olacaq.

Qeyd edək ki, “Real Madrid” ilk görüşdə də “Çelsi”ni 2:0 hesabı ilə üstələmişdi.xeber100.com