Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinə start verilib

18 Aprel 2023 14:40

Xəbər 336 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinə start verilib. İlk matçda “Qəbələ” komandası “Səbail”i qəbul edib.

Qəbələ şəhər stadionunda oynanılan matçda meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. “Qəbələ”nin heyətində Rafael Utziq dubl edib, digər qolu Felipe Santos vurub. “Səabil”in heyətində isə İlkin Muradov və Emil Martinov fərqləniblər. Komandalar arasında cavab görüşü aprelin 27-də baş tutacaq.

Qeyd edək ki, aprelin 19-da gerçəkləşəcək digər yarımfinal qarşılaşmasında “Neftçi” klubu “Turan Tovuz”un qonağı olacaq.xeber100.com