Bu gün Voleybol Mərkəzində qadın voleybolçular arasında Azərbaycan çempionatında üçüncü yer uğrunda və finalın son qarşılaşmaları keçirilib.
İlk olaraq meydana bürünc medal üçün yarışan “Murov” və UNEC kollektivləri çıxıblar. Cütün ilk iki matçında quru hesabla qələbə qazanmış “Murov” bu görüşə də yaxşı başlayıb. İlk setdən üstün oyun nümayiş etdirən baş məşqçi Vüqar Əliyevin yetirmələri meydandan 3:0 (25:19, 25:15, 25:16) hesablı qələbə ilə ayrılıblar. Bununla da “Murov” Yüksək Liqanın bürünc medalına sahib çıxıb. UNEC isə ölkə birinciliyini dördüncü pillədə başa vurub.
Günün növbəti görüşü çempionluq uğrunda mübarizə aparan “Azərreyl” və “Abşeron” klubları arasında olub. Bu komandaların ilk iki qarşılaşmasında “Azərreyl”in quru hesablı qələbəsi qeydə alınmışdı. Qızıl medal şansını davam etdirmək üçün “Abşeron” bu matçda mütləq qalib gəlməli idi. Oyuna daha yaxşı başlayan “Azərreyl” Famil Ağayevin yetirmələrinin ciddi müqaviməti ilə üzləşib. Bununla belə komanda təşəbbüsü əldən verməyib və 3:0 (25:16, 25:18, 25:15) hesabı ilə qalib gəlib. Beləliklə, finalın hər üç matçında rəqibini məğlub edən “Azərreyl” Azərbaycan çempionu adını qazanıb. “Abşeron” isə Yüksək Liqanın gümüş medalı ilə kifayətlənməli olub.
Beləliklə, “Azərreyl” 2022/2023-cü il mövsümündə ölkə birinciliyinin qalibi olub. İkinci və üçüncü yerləri müvafiq olaraq “Abşeron” və “Murov” klubları tutublar. UNEC isə çempionatı dördüncü pillədə bitirib.
Qeyd edək ki, qadın komandaların mükafatları kişilərin çempionatı başa çatdıqdan sonra eyni gündə təqdim olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…