Azərbaycan Basketbol Liqasında XXVII tura start verilib

20 Aprel 2023 14:52

Xəbər 363 dəfə oxunub

Azərbaycan Basketbol Liqasında XXVII tura start verilib. Turun açılış oyununda play-offdan kənarda qalmış “Neftçi” və “Zirvə Astara” komandaları üz-üzə gəliblər.

Görüş Astara basketbolçularının 103:90 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyund ən məhsuldar basketbolçular “Neftçi”dən Zaur Quşanov (27 xal, 9 ribaund), “Zirvə Astara”dan isə Cerret Henderson (32 xal, 8 ribaund) olublar.

Qeyd edək ki, turun “Sərhədçi” – “Sabah”, “Gəncə” – “NTD” və “Olimpik Şəki” – “AAAF Xırdalan” oyunları müvafiq olaraq, aprelin 20-də, 22-də və 23-də baş tutacaq.xeber100.com