İdman gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək

25 Aprel 2023 13:22

Xəbər 404 dəfə oxunub

Aprelin 28-30-da Misirin paytaxtı Qahirədə idman gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

Turnirdə Azərbaycan milli komandası da iştirak edəcək.

Ölkəmizin idman şərəfini Nikita Simonov, İvan Tixonov, Nazənin Teymurova və Samirə Qəhrəmanova qoruyacaqlar.

Qeyd edək ki, Qahirədə təşkil olunacaq turnir dünya kubokunun dördüncü mərhələsi olacaq.xeber100.com