“Qalatasaray” futbol klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib

5 May 2023 15:02

Xəbər 491 dəfə oxunub

Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçisi Barış Alper Yılmazla müqaviləni yeniləyib.

Futbolçu ilə yeni anlaşma 2026-2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

İyirmi iki yaşlı futbolçu 2021-ci ildən “Qalatasaray”da çıxış edir. Yarımmüdafiəçi əsas komandada 48 oyuna 3 qol vurub. O, Türkiyə millisində də 3 oyun keçirib.xeber100.com