Azərbaycan Şahmat Federasiyasının məlumatına görə…

5 May 2023 15:04

Xəbər 387 dəfə oxunub

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç “Baku Open 2023” beynəlxalq şahmat festivalının keçirildiyi “Baku Crystal Hall”da olub.

FIDE rəhbəri yaradılan şəraiti yüksək qiymətləndirib. Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov yarışla bağlı qonağa məlumat verib.

Sonra FIDE rəhbəri Arkadi Dvorkoviç AŞF prezidenti Mahir Məmmədovla şahmat taxtası arxasında yoldaşlıq görüşündə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb.xeber100.com