Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində iki oyun keçirilib.
Günün ilk matçında “Turan Tovuz” komandası doğma meydanda “Neftçi”ni qəbul edib. Tovuz təmsilçisi rəqibini dörd cavabsız qolla məğlub edib. Oyunda Runi Eva het-trik edib, digər qolu Roderik Miller vurub. “Turan Tovuz” komandası 35 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. “Neftçi”nin aktivində 61 xal var və komanda daha əvvəl bürünc mükafatı təmin edib.
Günün digər oyununda “Sumqayıt” və “Səbail” komandaları üz-üzə gəliblər. Görüş “Səbail”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bakı təmsilçisinin heyətində Matiya Lyuyiç dubl edib, Franko Mazurek isə fərqlənib. “Sumqayıt”ın heyətində Todor Todoroski adını tabloya yazdırıb.
Hesabındakı xalların sayını 25-ə çatdıran “Səbail” turnir cədvəlində doqquzuncu pilləyə yüksəlib. “Sumqayıt” 28 xalla səkkizinci pillədə yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Kəpəz”i, “Zirə” “Şamaxı”nı səfərdə 3:0 hesabı ilə məğlub edib. Tura mayın 8-də keçiriləcək “Qarabağ” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…