UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq

10 May 2023 14:13

Xəbər 312 dəfə oxunub

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Yarımfinalın ikinci matçında İtaliya təmsilçiləri üz-üzə gələcəklər. “Milan” klubu “İnter”i qəbul edəcək. “San Siro” stadionunda keçiriləcək görüşü ispaniyalı Xesus Xil Mansano idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab matçı mayın 16-da keçiriləcək.

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniyanın “Real Madrid” komandası öz meydanında İngiltərənin “Mançester Siti” klubu ilə heç-heçəyə razılaşıb – 1:1.xeber100.com