“Barselona” futbol klubu qapıçısı ilə yeni müqavilə imzalayıb

10 May 2023 14:15

Xəbər 335 dəfə oxunub

İspaniyanın “Barselona” futbol klubu qapıçısı İnyaki Penya ilə yeni müqavilə imzalayıb.

Futbolçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb. İyirmi dörd yaşlı qapıçının satış qiyməti 400 milyon avro dəyərində müəyyənləşdirilib.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan İ.Penya 2021-2022 mövsümündə “Qalatasaray”a icarəyə verilmişdi.xeber100.com