Tbilisidə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin, Gürcüstan Xarici İşlər, Mədəniyyət, İdman və Gənclər nazirliklərinin, Şahmat Federasiyasının və “SOCAR Energy Georgia” şirkətinin birgə təşkilatçılığı ilə reallaşan turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən olan idmançılar iştirak ediblər. “Dairəvi sistem” üzrə keçirilən turnirdə 20 idmançı gücünü sınayıb.
Turnirin açılışında çıxış edən Azərbaycan səfiri Faiq Quliyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə cari il “Heydər Əliyev İli” elan edilib. Azərbaycan səfirliyi də “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb. Plana əsasən Ulu Öndərin milli–mənəvi dəyərlərimizin qorunmasındakı roluna, idmana, gənclərə diqqət və qayğısına, enerji siyasətinə və neft strategiyasına həsr olunmuş tədbirlər keçirilib, kitablar nəşr olunub. Ümummilli Lider idmana da xüsusi qayğı göstərib. Diplomat vurğulayıb ki, Gürcüstan və gürcü xalqı da tarixi şəxsiyyət, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Bu turnir də Ulu Öndərimizin xatirəsinə həsr olunub.
Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili turnirin keçirilməsi ilə bağlı təşəbbüsə və dəstəyə görə səfirliyə və digər təşkilatçılara minnətdarlıq edib. Onun sözlərinə görə, bu cür tədbirlər ölkələrimiz arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, fenomen şəxsiyyət Heydər Əliyevə olan sevgini özündə əks etdirir.
Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Ulu Öndərin idmana olan qayğısından danışıb, idmançılara uğurlar arzulayıb.
Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Türkiyənin Maarif Vəqfinin rəhbəri Birol Akgün də idmançıları salamlayıb və onlara uğurlar arzulayıblar.
Sonda qaliblərə mükafatlar və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu turnir barədə Dünya Şahmat Nəticələri informasiya portalında da məlumat verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…