UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

9 May 2023 14:23

Xəbər 608 dəfə oxunub

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək.

Turnirin son qalibi İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək. “Santyaqo Bernabeu” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.

Komandalar arasında cavab oyunu mayın 17-də keçiriləcək.

Yarımfinalın digər matçında İtaliya təmsilçiləri “Milan” və “İnter” qarşılaşacaqlar. Görüş mayın 10-da keçiriləcək.xeber100.com