Bu gün Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində daha iki oyun keçiriləcək.
Günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Saat 18:00-da start götürəcək matç baş hakim Nicat İsmayıllıya həvalə olunub.
Hesabında 48 xal olan “Qəbələ” turnir cədvəlində dördüncü, Tovuz klubu isə 35 xalla altıncı pillədə qərarlaşıb.
Günün son oyununda “Səbail” klubu “ASCO Arena”da “Qarabağ” ilə qarşılaşacaq. Matça 20:30-da start veriləcək və qarşılaşmanı baş hakim Kamal Umudlu idarə edəcək.
Səksən dörd xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu qalib gələcəyi təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcək. Elitada qalmaq uğrunda mübarizə aparan “Səbail” isə 25 xalla 9-cu sırada yer alıb.
Qeyd edək ki, XXXIV turun açılış oyununda “Zirə” evdə “Kəpəz”lə 1:1 hesablı heç-heçəyə razılaşıb. Turun “Neftçi” – “Şamaxı” matçı mayın 14-də, “Sumqayıt” – “Sabah” qarşılaşması isə mayın 17-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…