Futbol üzrə Uruqvay millisinin yeni baş məşqçisi bəlli olub

12 May 2023 16:04

Xəbər 349 dəfə oxunub

Futbol üzrə Uruqvay millisinin yeni baş məşqçisi bəlli olub.

Bunu ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin üzvü Xorxe Kasales açıqlayıb.

O bildirib ki, yığmanı Marselo Byelsa çalışdıracaq. Argentinalı mütəxəssis ilə müqavilə imzalanmasa da, tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, Byelsanın son iş yeri “Lids” olub. Mütəxəssis 2018-2022-ci illərdə Argentina klubuna rəhbərlik edib.xeber100.com