UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq

17 May 2023 14:36

Xəbər 320 dəfə oxunub

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq. Bununla da ikinci finalçının adına aydınlıq gələcək. Yarımfinalın ilk oyununda İspaniyada “Real Madrid”lə 1:1 hesablı heç-heçə edən “Mançester Siti” bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşacaq. “Etihad” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Qeyd edək ki, bu cütün qalibi finalda İtaliyanın “İnter” klubuna rəqib olacaq.xeber100.com