Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 7-dən 11-dək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək.
Federasiyadan bildiriblər ki, şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil ediləcək veloturda dünyanın 16-dək ölkəsindən 18-dək komandanın tərkibində 100-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər.
İdmançılar iyunun 8-də Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2, ertəsi gün Qəbələdən Gəncə şəhərinin mərkəzinədək 170, ayın 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkınadək 102,9, iyunun 11-də isə Beyləqandan Şuşayadək 134,9 kilometr məsafədə yarışacaqlar.
Qeyd edək ki, nüfuzlu yarışın nəticələrinə əsasən, velosipedçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…