Canni İnfantino futbol üzrə dünya çempionatının şüarı açıqlanıb

19 May 2023 14:49

Xəbər 320 dəfə oxunub

FIFA-nın prezidenti Canni İnfantino 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının şüarını açıqlayıb. Xarici mətbuat xəbər verir ki, mundial “Biz – 26” şüarı ilə keçiriləcək.

FIFA-nın prezidenti qeyd edib ki, dünya çempionatına 16 şəhər ev sahibliyi edəcək. Bu şəhərlər əyləncəli məkanları və qonaqpərvər insanları özündə cəmləşdirir. İnanırıq ki, 2026-cı il dünya çempionatının oyunları azarkeşlərə unudulmaz anlar bəxş edəcək.

Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada təşkil olunacaq.

Mundiallar tarixində ilk dəfə 48 milli komanda birincilik uğrunda mübarizə aparacaq. Əvvəllər dünya çempionatlarında 32 komanda çıxış edirdi. Hazırkı dünya çempionu Argentina millisidir.xeber100.com