Qılıncoynatmanın Bakı birinciliyinə yekun vurulub

22 May 2023 15:03

Xəbər 364 dəfə oxunub

Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı birinciliyinə yekun vurulub.

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda sablyaçı oğlanların mübarizəsində Saleh Məmmədov, qızlar arasında isə Zərifə Hüseynova birinci olublar. Şpaqa yarışlarında Səid Əliyev və Xədicə Həsənli qızıl medala yiyələniblər.

Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birinciliyin mükafatçıları diplom və medallarla təltif olunublar.xeber100.com