“Sabah” və “Gəncə” komandaları arasında final seriyasının ilk oyunu keçirilib

20 May 2023 14:56

Xəbər 322 dəfə oxunub

Mayın 20-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının ilk oyunu keçirilib. Oyuna üstün başlayan “Gəncə” basketbolçuları bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər. İkinci hissədə geri dönüş edən paytaxt klubu “Sabah” yekunda 71-69 hesablı qələbə qazanıb. Bu qələbə ilə “Sabah” seriyadakı hesabda 1-0 önə keçib. Final seriyasının ikinci oyunu mayın 22-də saat 19:30-da baş tutacaq. Ən məhsuldar basketbolçular: “Sabah” (Entoni Patti – 12 xal, 12 ribaund), “Gəncə” (Kollin Törner – 17 xal, 11 asist).