Milli komandanın keçirəcəyi oyunun başlama vaxtı müəyyənləşib

26 May 2023 14:21

Xəbər 201 dəfə oxunub

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 20-də Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi oyunun başlama vaxtı müəyyənləşib.

AFFA xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, millimiz bu oyundan əvvəl iyunun 17-də İstanbulda Türkiyənin U-21 yığması ilə qarşılaşacaq.xeber100.com