“Yuventus” futbol klubu qapıçısı ilə müqaviləni yeniləyib

26 May 2023 14:37

Xəbər 307 dəfə oxunub

İtaliyanın “Yuventus” klubu qapıçısı Karlo Pinsolyo ilə müqaviləni yeniləyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qolkiper ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Otuz üç yaşlı futbolçu “Yuventus”un yetirməsi olsa da, bu komandada 5 rəsmi oyuna çıxıb. Əvəzində o, “Peskara”, “Viçentsa”, “Modena”, “Livorno”, “Latina” kimi klublarda icarə əsasında çıxış edib.xeber100.com