Azərbaycan Premyer Liqasının XXXVI turunda…

30 May 2023 13:52

Xəbər 273 dəfə oxunub

“Qarabağ” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda baş verib. Qurban Qurbanovun yetirmələri mövsümün son matçında “Turan Tovuz”a qalib gəliblər – 3:1. Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. “Qarabağ” bu göstəricidə mütləq rekordçudur. Komandanın ilk ev qələbəsi 1992-ci mayın 6-da qeydə alınıb. Həmin gün Kürdəmir “Şirvan”ını qəbul edən “Qarabağ” 6 cavabsız qolla qələbə qazanıb.xeber100.com