“Norway Chess” turnirində növbət oyun keçiriləcək

5 İyun 2023 14:22

Xəbər 338 dəfə oxunub

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirəcək. 38 yaşlı qrosmeyster altıncı turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.

Şəhriyar Məmmədyarov 7 xalla hindistanlı Qukeş Dommaraku ilə birlikdə 4-5-ci, 6 xala malik So niderlandlı Aniş Giri ilə 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.xeber100.com