“Səbail” klubu futbolçusu ilə yollarını ayırıb

8 İyun 2023 14:32

Xəbər 337 dəfə oxunub

Bakının “Səbail” klubu futbolçusu Nihad Qurbanlı ilə yollarını ayırıb. Klubun mətbuat xidməti xəbər verir ki, oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib. Bununla da mövsüm başa çatdıqdan sonra “Səbail”in yolları ayırdığı futbolçuların sayı 9-a çatıb.

Nihad Qurbanlı ötən ilin sentyabrında Bakı təmsilçisinə transfer olunmuşdu. O, 2022-2023-cü il mövsümündə meydana çıxdığı 15 oyunda 1 qol ötürməsi edib.

Xatırladaq ki, “Səbail” bundan əvvəl Luvaqa Krizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek, Petro Stasyuk, Emil Martinov, Ruslan Hacıyev, Mirabdulla Abbasovla vidalaşıb.xeber100.com