UEFA Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsində

4 İyul 2023 14:47

Xəbər 385 dəfə oxunub

FIFA referisi Rauf Cabarov yeni təyinat alıb. R.Cabarov UEFA Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Vlazniya” (Albaniya) – “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Cavanşir Yusifov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

“Vlazniya” – “Linfild” matçı iyulun 20-də Albaniyada təşkil olunacaq.xeber100.com