III Avropa Oyunlarında atıcılıq yarışları davam edir

30 İyun 2023 15:14

Xəbər 339 dəfə oxunub

Polşada keçirilən III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.

Azərbaycan idmançısı Ruslan Lunyov yarışı mükafatsız başa vurub. Tapançadan 25 mter məsafəyə atəşaçma yarışlarında çıxış edən təmsilçimiz təsnifat mərhələsində 600 mümkün xaldan 581-ni toplayaraq altıncı olub. O, final mərhələsinə yüksələn səkkiz idmançı arasında qərarlaşıb. Bu raund iki hissədən ibarət olub.

Güllə atıcıları əvvəlcə iki “dördlük”də yarışaraq mükafatlar uğrunda mübarizə aparanları müəyyənləşdiriblər. Lunyov ikinci “dördlük”də 9 xal toplayaraq sonuncu olub və medal şansını itirib.xeber100.com