Bakının ilk dəfə ev sahibliyi etdiyi çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə əsas seçmə mərhələsi zamanı bu sahəyə marağı olan bir qrup autizmli və Daun sindromlu uşaqlar peşəkar futbolçularla xüsusi təlim-məşq oyununda görüşüblər.
“Hər şey mümkündür” adlı sosial layihə çərçivəsində təşkil olunmuş oyunda 20-ə yaxın uşaq iştirak edib.
Tədbirə Xüsusi Olimpiya və Milli Paralimpiya komitələrinin nümayəndələri, Dünya Çimərlik Futbolu Təşkilatı, Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəsmiləri də qatılıblar. Oyun Bakı Su İdman Sarayı nəzdində fəaliyyət göstərən Avropa Oyunları Parkında baş tutub.
Bir saata yaxın davam edən matçda qonaqlar fiziki məhdudiyyətlərə baxmayaraq müxtəlif Avropa yığmalarının futbolçular ilə yarışıb, idmanın bütün maneələri yıxmağa qadir olduğunu bir daha sübut ediblər. İdmanla məşğul olmaq fiziki qabiliyyətindən asılı olmayaraq fərdlərdə özünə inam yaradır və şəxsi inkişafa töhfə verir.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə baş tutan seçmə mərhələ iyulun 9-da yekunlaşacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…