“Linkoln” komandası Çempionlar Liqasının birinci təsnifat mərhələsində

8 İyul 2023 14:12

Xəbər 313 dəfə oxunub

Cəbəllütariqin “Linkoln” komandası Çempionlar Liqasının birinci təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. Komanda 22 futbolçu sifariş edib.

Heyətdə qapıçılar – Deyl Kolinq, İvan Villanueva, Nauset Santana, müdafiəçilər – Roy Çipolina, Bernardu Lopeş, İtan Britto, İbrahim Ayu, Con Sarcent, Xesus Toskano, yarımmüdafiəçilər – Xuampe, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Mandi, Liam Uoker, Mustafa Yahaya, Samson Acayi, hücumçular – Santi Luke, Kike Qomes, Nano, Li Kasyaro və Xuan Penya yer alıblar.

Qeyd edək ki, “Qarabağ” klubu “Linkoln”a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.xeber100.com