Azərbaycan Cüdo Federasiyası (ACF) “Hakimlik fəaliyyətində özünəinam hissinin əhəmiyyəti” mövzusunda seminar təşkil edib. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Təlimdə peşəkar psixoloq Aytac Sahilin iştirakı ilə hakimlik fəaliyyəti zamanı yaranan münaqişəli vəziyyətlər və hakimlərin özünəinam hissini münaqişəli vəziyyətləri idarəetmədə rolu haqqında ətraflı müzakirələr aparılıb.
Psixoloq tərəfindən hakimlərə münaqişəli halların daha effektiv həll olunması üçün xüsusi psixoloji biliklər və effektiv vasitələr haqqında məlumat verilib.
Həmçinin hakimlər mövzu ilə bağlı öz təcrübələrini bölüşüb və daha əvvəl yaşadıqları münaqişəli vəziyyətlərdə hansı üsullardan istifadə etdiklərini bildirərək mütəxəssis tərəfindən tövsiyələr alıblar.
Təlimin məqsədi hakimlərin yerli və beynəlxalq yarışlarda yaranan münaqişəli vəziyyətləri effektiv həll etməsi və hakimlik fəaliyyətinin daha da səmərəli təşkil edilməsidir.
Qeyd edək ki, ACF-in təhsil strategiyasına əsasən, hakimlər üçün davamlı olaraq seminarların keçirilməsi planlaşdırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…