“Linkoln” – “Qarabağ” matçının birinci hissəsi başa çatıb

11 İyul 2023 20:14

Xəbər 417 dəfə oxunub

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Linkoln” – “Qarabağ” matçının birinci hissəsi başa çatıb.

“Viktoriya” stadionunda keçirilən matçın 25-ci dəqiqəsində meydan sahibi komandanın heyətində Kike Qomes hesabı açıb.

Görüşün birinci hissəsi Cəbəllütariq təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb – 1:0.

Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi ikinci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.xeber100.com