“Sabah” klubu hazırlıq çərçivəsində növbəti sınağına çıxacaq

15 İyul 2023 20:30

Xəbər 377 dəfə oxunub

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” klubu bu gün hazırlıq çərçivəsində növbəti sınağına çıxacaq. Baş məşqçi Murad Musayevin komandası Almaniyanın İkinci Bundesliqa təmsilçisi “Sankt-Pauli” ilə qarşılaşacaq.

İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xatırladaq ki, “Sabah” Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu Qətərin “Əl-Sədd” komandasına qarşı keçirib və 3:1 hesabı ilə qalib gəlib.xeber100.com