UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində

14 İyul 2023 20:31

Xəbər 351 dəfə oxunub

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin matçları üçün təyinatlar bəlli olub. İyulun 27-dəki ilk qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Andrey Çivulete olacaq. Ona Sebastyan George və Daniel Mitruti kömək edəcəklər. Dördüncü hakim funksiyasını Horatiu Fesnic yerinə yetirəcək.

Avqustun 3-də baş tutacaq səfərdəki görüşü isveçli baş hakim Adam Ladebek idarə edəcək. Ona yan xətt hakimləri Markus Lundqren Klitte və Daniel İng köməklik göstərəcəklər. Dördüncü hakim isə Yoakim Estlinq olacaq.

Qeyd edək ki, ilk matç saat 20:00-da, cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.xeber100.com