“Qol U-15” beynəlxalq futbol turnirinə yekun vurulub

16 İyul 2023 14:58

Xəbər 358 dəfə oxunub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qol U-15” beynəlxalq futbol turnirinə yekun vurulub.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın birgə təşkilatçılığı ilə keçirilən turnirdə 8 komanda iştirak edib.

“ASCO Arena”da keçirilən üçüncü yer uğrunda qarşılaşmada “Neftçi” “Səbail” komandasına 2:1 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib çıxıb. Final oyununda “Zirə” və Qırğızıstanın “İlbirs” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyunda “İlbirs” 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub. İkinci və üçüncü yerlərə “Zirə” və “Neftçi” komandaları layiq görülüblər.

Turnirin ən yaxşı oyunçusu Kayrat Kanatov (“İlbirs”), bombardiri Murad Cabbarov (“Sumqayıt”, 7 qol), ən yaxşı qapıçısı isə Xəqan Şükürov (“Zirə”) seçiliblər.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və “Zirə” PFK-nın baş məşqçisi Rəşad Sadıqov təqdim ediblər.xeber100.com