“Barselona” futbol klubu yeni transferini açıqlayıb

19 İyul 2023 10:53

Xəbər 385 dəfə oxunub

“Barselona” klubu Oriol Romeunun transferini açıqlayıb. Klubun rəsmi saytı xəbər verir ki, ötən mövsüm “Jirona”da çıxış edən yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə üçillik müqavilə imzalayıb.

Otuz bir yaşlı Romeu karyerasına “Uldecona” və “Espanyol” akademiyalarında başlayıb. Daha sonra yeddi il “Barselona”da çıxış edib.

Daha sonra “Çelsi”, “Valensiya, “Southempton” klublarında oynayıb və 2022-ci ildə “Jirona”ya keçib.

İspaniyalı yarımmüdafiəçi ötən mövsüm 33 oyunda meydana çıxıb və iki qol vurub.xeber100.com