UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində

25 İyul 2023 13:57

Xəbər 273 dəfə oxunub

Bakıda Ağdamın “Qarabağ” və Polşanın “Rakuv” komandaları arası keçiriləcək UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb. Qiymətlər müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.

Azarkeşlər biletləri “Iticket.az”ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) və klubun “Park Bulvar”dakı fan-şopundan əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Polşadakı ilk görüş iyulun 26-da olacaq.xeber100.com