Atıcılıq üzrə dünya çempionatının maskotu ictimaiyyətə təqdim olunub

25 İyul 2023 14:00

Xəbər 307 dəfə oxunub

Avqustun 14-dən sentyabrın 1-dək Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının maskotu ictimaiyyətə təqdim olunub. 53-cü dünya çempionatının maskotu seçilmiş “Targy” – Olimpiya nişanı, alov, nar, hədəf və atıcı görüntülərinin vəhdətindən yaranmış simvoldur. Kökündə ingiliscə “target”- “hədəf” sözü dayansa da, özündə birləşdirdiyi simvolların xarakterini daşıyır.

Seçilmiş maskot çempionat iştirakçılarını “Hədəfini vur!” şüarə ilə mübarizəyə və qələbəyə ruhlandıracaq.xeber100.com