UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə start veriləcək

26 İyul 2023 12:57

Xəbər 295 dəfə oxunub

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə start veriləcək. Azərbaycan təmsilçilərindən “Sabah” da ilk oyununu keçirəcək.

Murad Musayevin baş məşqçisi olduğu kollektiv Latviyada RFŞ-lə üz-üzə gələcək. Bu, paytaxt təmsilçisinin avrokuboklarda debüt oyunu olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü bir həftə sonra “Bank Respublika Arena”da təşkil olunacaq.xeber100.com