“Zirə” futbol klubu bu gün sonuncu yoxlama oyununa çıxacaq

28 İyul 2023 13:37

Xəbər 316 dəfə oxunub

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Bakının “Zirə” futbol klubu bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Bakı təmsilçisi Türkiyənin “Kocaelispor” klubu ilə qarşılaşacaq. Birinci Liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Zirə” daha əvvəl Türkiyənin “Fatih Karagümrük” klubu ilə qolsuz, Tanzaniyanın “Simba” komandası ilə 1:1 hesablı heç-heçə edib.xeber100.com