Azərbaycan Üzgüçülük Federasiyasının məlumatına görə…

8 Avqust 2023 13:00

Xəbər 383 dəfə oxunub

MDB Oyunlarında üzgüçülük üzrə 5 idmançımız mübarizə aparacaq. Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

Belarus Respublikasında keçirilən MDB Oyunlarına üzgüçülük üzrə Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının 5 üzvü qatılıb.

Federasiyanın baş katibi Fəxri Həsənov bildirib ki, üzgüçülük növü üzrə ölkəmizi Tamilla Əliyeva, Anastasiya Povorokina, Səid Həmidov, Timur Beker və Orxan Əliyev təmsil edəcəklər. Komanda yarışlarda məşqçilər Nurəli Məmmədov və Elvin Hüseynovun rəhbərliyi ilə iştirak edəcək.xeber100.com