Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda III mərhələnin cavab görüşləri keçirilib.
Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla bərabərə qalıb. Heç bir şahmatçının üstünlüyünün olmadığı partiya heç-heçə ilə yekunlaşıb. İlk görüşdə də heç-heçə qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyənləşdirəcək.
Nicat Abasov – Aniş Giri (Niderland) görüşündə də eyni nəticə rəsmiləşib. İlk görüşdə olduğu kimi cavab oyunu da heç-heçə ilə başa çatıb. Növbəti mərhələyə vəsiqənin sahibi sabah tay-brekdə məlum olacaq.
FIDE adından çıxış edən Yan Nepomnyaşi ikinci görüşdə də Rauf Məmmədovla heç-heçəyə razılaşıb. Hər iki şahmatçı sabah tay-brekdə qarşılaşacaq.
20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli ABŞ şahmatçısı Rey Robsona uduzmaqla Dünya Kubokunda mübarizəni dayandırıb. Həmyerlimiz Qədir Hüseynovla Lenyer Dominges arasında partiya heç-heçə başa çatıb. İlk görüşdə qalib gələn ABŞ şahmatçısı ümumi nəticəyə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.
Günün ən uzun davam edən partiyası çinli dünya çempionu Yu Vençjunla Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva arasında oynanılıb. 6 saatdan artıq davam edən görüşün ortalarında Ülviyyə üstünlük əldə etməsinə baxmayaraq istədiyi nəticəni əldə etməyib. Yekunda çinli şahmatçı qələbə qazanıb. Ülviyyə Fətəliyeva isə Dünya Kubokunda çıxışını dayandırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…