Türkiyə Super Liqası: “Fənərbağça” “Qaziantep”i qəbul edib

14 Avqust 2023 11:35

Xəbər 273 dəfə oxunub

Türkiyə Super Liqasının ilk turunda “Fənərbağça” “Qaziantep”i qəbul edib. Kadıköylülər bosniyalı hücumçu Edin Cekonun 3 və 18-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıblar.

Qarşılaşmanın 23-cü dəqiqəsində qonaqların rumıniyalı yarımmüdafiəçisi Aleksandru Maksim qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Birinci hissənin əlavə edilmiş dəqiqələrində “qırmızı-qaralar” hesabdakı fərqi minimuma endirsələr də, bundan artığına gücləri çatmayıb.

Matç “Fənərbağça”nın 2:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, növbəti turda “Fənərbağça” “Yılport Samsunspor”la qarşılaşacaq, “Qaziantep” isə “Sivasspor”u qəbul edəcək.xeber100.com