Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib

14 Avqust 2023 11:36

Xəbər 310 dəfə oxunub

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan şahmatçısı Nicat Abasov qara fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb. İlk partiyada olduğu kimi cavab oyununda da Nicat Abasov qələbə qazanıb. Bununla da Azərbaycan şahmatçısı karyerasında ilk dəfə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb. Şahmatçımızın növbəti rəqibi Yan Nepomnyaşi (FIDE) – Santoş Vidit (Hindistan) cütünün qalibi olacaq.xeber100.com